Qarabağda ermənilərin 58 hədəfini məhv edən Su-25 təyyarəsi – FOTObackend

Qarabağda ermənilərin 58 hədəfini məhv edən Su-25 təyyarəsi - FOTO

Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir.

KONKRET.az xəbər verir ki, Azərbaycanla Türkiyənin birgə keçirdiyi təlimlərdə aviasiya qüvvələri Hava Hücumundan Müdafiə Sistemi və digər yerüstü hədəfləri məhv edib.

Təlimlərdə Azərbaycanın Su-25, MiQ-29 və Türkiyənin F-16 təyyarələri iştirak edib.

Diqqətçəkən məqamlardan biri Azərbaycanın Su-25 hücum təyyarələrinin gövdə hissəsinə vurulan xüsusi işarələrlə bağlıdır. Belə ki, Müdafiə Nazirliyinin təlimlərdən yaydığı fotolarda təyyarələrdən birində 58 dənə qırmızı səkkizgüşəli ulduz çəkilib. Daha bir Su-25 təyyarəsində isə həmin ulduzların sayı 38-dir.

Hesab olunur ki, ulduzlar Vətən Müharibəsi zamanı həmin təyyarələrin Qarabağda məhv etdiyi Ermənistan ordusuna məxsus zirehli texnika və zenit-raket komplekslərinin sayını göstərir./modern.az/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*