“Qarabağda Ermənistanın hərbçisi yoxdur” – Paşinyandan dünənki döyüşlə bağlı SƏRSƏM AÇIQLAMAbackend

“Qarabağda Ermənistanın hərbçisi yoxdur” – Paşinyandan dünənki döyüşlə bağlı SƏRSƏM AÇIQLAMA

“Rəsmi qeyd etməliyəm ki, Qarabağda Ermənistanın hərbçisi yoxdur”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.

“Əgər Rusiya sülhməramlı qüvvələri və Azərbaycan təmas xəttinin toxunulmazlığına zəmanət versə, o zaman Qarabağda erməni ordusunun döyüş növbətçiliyinə ehtiyac olmayacaq”, – deyə Paşinyan vurğulayıb.

“Rəsmi olaraq bildirməliyəm ki, Dağlıq Qarabağda Ermənistannın hərbçisi yoxdur”, – deyə Baş nazir bildirib.

Paşinyan həmçinin Laçın dəhlizi məsələsinə də toxunub. O qeyd edib ki, Ermənistan Laçın dəhlizi ilə yeni marşrutun çəkilməsi planına razı olmayıb.

Baş nazirin sözlərinə görə, Ermənistan Laçın dəhlizi boyunca yeni nəqliyyat marşrutunun tikintisi ilə bağlı heç bir layihəyə razılıq verməyib. Çünki heç bir layihə almayıb.

Nikol həmçinin sülhməramlıların fəaliyyətinə də toxunub.

O qeyd edib ki, Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin yerləşməsi təmas xəttinin olduğunu açıq şəkildə ortaya qoyur.

“Məhz bu ərazi Rusiyanın sülhməramlı kontingentinin məsuliyyət zonası adlanır. Biz gözləyirik ki, təmas xəttini keçməyə cəhd Rusiya sülhməramlı kontingenti və Azərbaycan silahlı bölmələri tərəfindən yatırılacaq”.

Paşinyan Qarabağda vəziyyətin son dərəcə gərginləşdiyini də diqqətə çatdırıb.

Qeyd etmək lazımdır ki, Azərbaycanın keçirdiyi “Qisas” adlı antiterrror əməliyyatı Paşinyanın dediklərini bütövlükdə ifşa edir. Əgər Ermənistan Baş nazirinin dediyi kimi Qarabağda erməni ordusunun qalıqları yoxdursa, bu zaman Azərbaycan hərbçisini kim şəhid edib? Üstəlik Azərbaycan öz ərazilərində niyə antiterror əməliyyatı keçirməyə məcbur qalıb? Və nəhayət separatçıbaşı Arayik Arutyunyan niyə dərhal qismən səfərbərlik elan edib? Təbii ki, bütün bunlar Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirmək istəmədiyini ortaya qoyur. Paşinyanın açıqlamaları isə Azərbaycanın antiterror əməliyyatı nəticəsində məhv edilən erməni separatçılarının valideynlərini və bütünlükdə daxili auditoriyanı sakitləşdirməyə hesablanıb. Nikol özü də yaxşı anlayır ki, nə status-kvo, nə də təmas xətti mövcud deyil. Erməni ordusunun qalıqları isə Qarabağdan dərhal çıxarılmalıdır. Əgər Ermənistan bunu öz xoşu ilə etməsə,  o zaman Azərbaycan tərəfi daha genişmiqyaslı antiterrror əməliyyatı həyata keçirmək məcburiyyətində qalacaq və “Dəmir Yumruq” yenidən işə düşəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*