“Qarabağ “ordu”sunun dünya ictimaiyyəti qarşısında rolunu və əhəmiyyətini aydınlaşdırmaq lazımdır”.
KONKRET.az xəbər verir ki, bunu dekabrın 5-də jurnalistlərə müsahibəsində “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
“Qarabağ “hakimiyyət”i Ermənistan rəhbərliyinə arxalana bilməz. O, Rusiya və Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə buna uyğun işləməlidir.
Qoy beynəlxalq ictimaiyyət bilsin ki, Qarabağ “silahlı qüvvələri” Azərbaycanın hərbi “təcavüz”ünə qarşı mübarizə şəraitində yaradılıb və Qarabağ xalqı üçün əhəmiyyətlidir.
9 noyabr 2020-ci il tarixli sənədin müddəti başa çatdıqdan sonra sülhməramlı qüvvələrin fəaliyyətinin uzadılması istiqamətində ciddi addımlar atılmalıdır.
Rusiyanın sülhməramlı qüvvələri olmadan Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək çox çətin olacaq.
Ermənistan hakimiyyəti Qarabağ xalqının mövcudluğu və fəaliyyəti ilə bağlı konsepsiya hazırlamalıdır. İstiqamətlərdən biri də xarici siyasətdir. Onun çərçivəsində Qarabağ xalqının təhlükəsizlik məsələlərini həll edən sülhməramlı qüvvələrlə münasibətlərə aydınlıq gətirilməlidir. Məhz onlar azərbaycanlılarla danışıqlar aparır, bütün nüansları bilirlər”, – deyə Ohanyan bildirib.
Onun sərsəm fikrinə görə, Ermənistan hakimiyyətinə elə bilir ki, Türkiyə-Azərbaycan tandemi qarşısında sussalar, azərbaycanlılar da susacaq.
“Əksinə, iştaha yeməklə gəlir”, – deyə Seyran Ohanyan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az