Qarabağda rus dili təxribatı: “Moskvaya nota göndərməliyik”backend

Qarabağda rus dili təxribatı: “Moskvaya nota göndərməliyik”

“Qanun ləğv olunmasa, ordu yeritməliyik”

“Çünki sözügedən addımlar həmin ərazilərin Azərbaycandan ayrılıb, Rusiyaya birləşdirilməsinə hesablanıb”

“Bu gün rus dili “dövlət dili statusu” alacaq, sabah pasportlar paylanacaq, ardınca isə torpaqlarımız Rusiyaya veriləcək”

Ermənistanın Dağlıq Qarabağla bağlı təxribatları davam edir. Yerli mətbuatın yazdığına görə, rus dili Dağlıq Qarabağda “ikinci dövlət dili” olacaq. “Dil haqqında” qanuna dəyişiklik layihəsini qondarma parlamentdə müzakirə ediləcəyi ilə bağlı məlumatlar da cəmiyyətə ötürülüb. Layihəni əsaslandıranlar qeyd edir ki, Qarabağ və Rusiya arasında mədəni, hərbi, iqtisadi əlaqələrin tarixi yaddaşı nəzərə alınmalıdır. Qarabağlı üçün ikinci ünsiyyət dilinin rus dili olduğu bu baxımdan diqqətdə saxlanılır.

“Rus dilinin statusunun yüksəldilməsi bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə şərait yaradacaq. Görünən odur ki, gələcəkdə bu, Rusiya ilə münasibətlərin qanuni çərçivədə inkişafına kömək edəcək”, – erməni mediasında yayılan xəbərlərdə belə deyilir. Əlbəttə, bu, heç də ürəkaçan xəbər deyil. Müxtəlif ekspertlərin fikrincə, sözügedən təşəbbüsdə Moskvanın “əli” var.

KONKRET.az xəbər verir ki, “Ağ” Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli də bu ehtimalı istisna etmir. O, “Sherg.az”a açıqlamasında bildirdi ki, vaxtında adekvat cavab verilməsə, kiçik qığılcım böyük alova çevrilə bilər:

“Əlbəttə, belə hal Azərbaycana qarşı provokasiyadır. Hansı haqla bizim torpağımızda icazəmiz olmadan başqa dili dövlət dili elan edirlər?! Əlbəttə, bu, birbaşa Moskvanın razılığı ilə həyata keçirilir. Biz Rusiyaya nota göndərməli və etirazımızı bildirməliyik. Qanun ləğv olunmasa, ordu yeritməliyik.

Çünki sözügedən addımlar həmin ərazilərin Azərbaycandan ayrılıb, Rusiyaya birləşdirilməsinə hesablanıb. Bu gün rus dili “dövlət dili statusu” alacaq, sabah pasportlar paylanacaq, ardınca isə torpaqlarımız Rusiyaya veriləcək.

Buna imkan verməməli, Qarabağın Abxaziya və Osetiyanın taleyini yaşaması ilə barışmamalıyıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*