“Qarabağda yeni müharibə başlaya bilər” — Amerikalı hərbi ekspertbackend

“Qarabağda yeni müharibə başlaya bilər” — Amerikalı hərbi ekspert

“Ermənistanın Dağlıq Qarabağda vəziyyəti yenidən gərginləşdirəcəyi halda işlər hər zamankından daha pis olacaq. Və o zaman Rusiya sülhməramlı qüvvələri öz öhdəliklərini yerinə yetirmək məcburiyyətində qalacaqlar”.

KONKRET.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında ABŞ-lı hərbi ekspert Ben Minik deyib.

Ekspert bildirib ki, III Qarabağ müharibəsi baş versə, daha amansız olacaq:

“Ermənistanın revanş istəyi bölgədəki geosiyasi vəziyyətə, sülhə təhdid olmaqla yanaşı, irimiqyaslı əməliyyatlara gətirib çıxaracaq. Belə olan halda insan itkisi, iqtisadi amillər və beynəlxalq təzyiqlər artacaq.

Ermənistan hazırda Livanla eyni yolu gedir və şübhəsiz ki, çox pis vəziyyətdə qalacaq. 44 günlük müharibədən sonra Ermənistanda artan qəzəb, nifrət pis hadisələrin baş verəcəyini qaçılmaz edəcək.

Azərbaycan son 30 ildə davamlı münaqişə vəziyyətində olmasına, ərazilərinin bir hissəsinin işğalda olmasına baxmayaraq çox tez ayağa qalxmağı bacardı. Dünya bunu nəzərə almalıdır.

Ermənilər qonşularının yox, özlərinə aid olan torpaqlarda öz suverenliklərini müəyyənləşdirməlidir. Müharibə yenidən baş versə, amansız olacaq. Ermənistan 44 günlük müharibədəkindən çox qurban verməmiş bunu indidən nəzərə almalıdır. Onsuz da kifayət qədər qan töküldü. Ermənistanın qalib gəlməsi üçün nə fiziki, nə də taktiki gücü var”. demokrat.az

  • Bəylər
    Mart 9, 2021 - 00:22

    Başlıq düzgün qoyulmadigindan nəyin şərh edilməsi də aydın deyil. Rusiya sülhməramlılari isə qarışacaqlar nə deməkdir? 44 günlük müharibənin son günlərində ermənilər artıq hər şeylərini atıb Ermənistana üz tutmuşdular. Sadəcə biz tərəfdən dövlət başçısı tərəfindən qəbul edilmiş qərar onlara böyük üstünlüklər əldə etməyə imkan verdi. Rusiya “sülhməramlılari”nın oraya yerləşməsindən sonra aydın oldu ki, onların hətta belə desək, danışmağa dilləri də varmış. Ermənilərin kukrəmələri ruslara olan arxayınlıqla bağlıdır. İkinci Qarabağ savaşında ruslar ermənilərin əli ilə güclərini və Türkiyənin Azərbaycana dəstək verib- verməyəcəyini yoxlamaq istədilər. Gözlənilən dəstək geldi və bu əlbəttə qısa müddət ərzində reqionda balansı Azərbaycanın xeyrinə dəyişdi. Balansın bu səviyyədə dəyişməsi Ermənistani yox, Rusiyanı, hətta belə demək mümkünsə həm Amerikani, həm Fransanı, Kanada və bu məsələ ilə bağlı digər xristian ölkələrini qane etmədi. Bu onlarda qorxu hissi də yaratdı. 30 il ərzində bu dövlətlər Azərbaycanin yanında olmadılar, öz biganəlikləri və “köməklikləri” ilə əksinə Azərbaycan xalqında daha çox qıcıq yaradırdılar. Hazırda Amerika və Rusiyanın yaxın şərqdə etdikləri bunun əyani sübutudur. Ona görə də hesab edirəm ki, Ermənistan və Rusiyanın Kafqazda varlıqlarına son qoyulmasına, Qarabağ məsələsinin həlli uzanacaq.

Bəylər üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*