Qarabağdakı bütün terrorçuları Vaqif Xaçatryanın aqibəti GÖZLƏYİRbackend

Qarabağdakı bütün terrorçuları Vaqif Xaçatryanın aqibəti GÖZLƏYİR

Ermənistanın təxribatları davam etdikcə bölgədə sülhün əldə edilməsi bir qədər də ləngiyir. Bir neçə gün əvvəl Azərbaycanla sərhəddə yük maşınlarını yığan Ermənistan bununla Azərbaycanı humanitar fəlakətdə ittiham etməyə çalışır. Bundan əlavə şənbə günü Laçın sərhəd-keçid məntəqəsində birinci Qarabağ müharibəsində azərbaycanlıların kütləvi qətlində iştirak edən və onlara işgəncə verən Vaqif Xaçatryanın həbs edilməsini də əlində bayraq edən Ermənistan beynəlxalq insan hüquqları təşkilatları qarşısında vay-şüvən qoparmaqla Qarabağ ermənilərinin qanunsuz həbs edildiyini iddia edir.

1991-ci ilin dekabrında Malıbəyli kəndində azərbaycanlıları xüsusi amansızlıqla qətlə yetirən Vaqif Xaçatryan digər terror hadisələrində də iştirak edib. Qaradağlı, Xocalı, Ballıqaya qırğınlarında Vaqif Xaçatryanın törətdiyi cinayətlər təsdiq olunub. İndi bir terrorçunun həbsini siyasi şouya çevirənlər başa düşür ki, həmin qırğınlarda iştirak edən digər qatillərin də aqibəti Vaqif Xaçatryan kimi olacaq.

Ermənistan mətbuatı isə terrorçunun müdafiəsinə qalxıb və məsələyə siyasi don geyindirməyə çalışır. Bəzi siyasi ekspertlər guya Azərbaycanın Qarabağdakı ermənilərin gözünü qorxutmaq üçün bu ssenaridən istifadə etdiyini uydurur.

Qarabağda isə yüzlərlə Vaqif kimi cani gizlənir və onlar gec-tez ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvandakı ofisi qarşısında bir qrup erməni aksiya keçirir. Onlar Vaqif Xaçatryanın həbsi ilə bağlı Qızıl Xaç Komitəsindən izahat tələb edirlər.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*