Türk tərəfi Azərbaycandakı hərbi varlığını ilkin olaraq bir sülhməramlı kimi müəyyən edib. Bu hadisəylə eyni gündə Qarabağ münaqişənin nizamlanması üçün həyata keçirilən proseslərdə iki mühüm hadisə baş verdi.
Birincisi, Azərbaycan ərazisində atəşkəsə və Bütün Hərbi Əməliyyatlara Nəzarət üzrə Birgə Rusiya-Türk Mərkəzi açıldı. Bu münasibətlə Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışıqları oldu. Kremlin mətbuat xidmətindən bildirildiyi kimi, tərəflər “mərkəzin fəaliyyətinin Dağlıq Qarabağ ətrafındakı vəziyyətin daha da sabitləşməsinə, Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistan Baş nazirinin bəyanatında qeyd olunan razılaşmalara düzgün əməl olunmasına töhfə verəcəyinə ümid etdiklərini” bildirdilər. 9 noyabr 2020 tarixli Ermənistan naziri “. Ancaq burada aydınlaşdırmaq vacibdir. 11 noyabr 2020-ci il tarixində Rusiya və Türkiyənin Müdafiə nazirliklərinin rəhbərləri tərəfindən imzalanan memoranduma əsasən Ağdamın Qiyaməddinli qəsəbəsi ərazisində ortaq Rusiya-Türk mərkəzi açıldı. Paritet əsasda hər tərəfdən 60-a qədər hərbçi Mərkəzin işində iştirak edir. Mərkəzdə münaqişə tərəflərinin hərbi komandanlıq orqanları və Rusiya sülhməramlı kontingentinin qərargahı ilə birbaşa əlaqə xətləri mövcuddur.
İkincisi, eyni gündə Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və Mqer Qriqoryanın iştirakı ilə Qarabağla bağlı üçtərəfli işçi qrupunun ilk iclası Moskvada baş tutdu. İclasda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının 9-cu bəndinin, habelə 11 yanvar 2021-ci il tarixli bəyanatının 2, 3, 4-cü bəndlərinin icrasından irəli gələn ortaq işlərin əsas sahələri nəzərdən keçirildi. Eyni zamanda, tərəflər dəmir yolu və nəqliyyat üçün ekspert alt qrupu yaratmaq barədə razılığa gəldilər. Mütəxəssis bildirib ki, alt qrupların formalaşdırılması məqsədilə 2 fevral 2021-ci il tarixinədək tamamlanması və ilk iclasların 5 fevral 2021-ci il tarixinədək keçirilməsi barədə razılıq əldə edilib. Üçtərəfli işçi qrupunun növbəti iclasının Moskvada keçirilməsinə dair qərar verilib. Tarix həmsədrlər tərəfindən iş qaydasında razılaşdırılacaq.
Bu məsələ ilə bağlı praktik olaraq heç bir rəsmi şərh yoxdur. Aydındır ki, tərəflər yalnız Dağlıq Qarabağda deyil, həm də bölgədə iqtisadi və nəqliyyat əlaqələrini açmaq üçün bəlli variantlarla yanaşı, bəlkə də yeni variantları təklif edəcəklər. Əlbəttə ki, bu məsələlərdəki uğurlu perspektiv münaqişə tərəflərinin 10 noyabr 2020-ci il tarixli Rusiya-Türkiyə ortaq atəşkəs nəzarət mərkəzinə yol açan sülh razılaşmasının şərtlərinə əməl etmələrindən asılıdır. Keçən ilin sonunda İlham Əliyev Rusiya-Türkiyə ortaq monitorinq mərkəzini belə xarakterizə etmişdi: “… Monitorinq mərkəzi nə qədər tez işə başlayırsa, bir o qədər yaxşıdır, çünki müharibədən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, təhlükə və təhdidlər hələ də mövcuddur. Ərazimizdə nəzarətsiz erməni silahlı birləşmələri fəaliyyət göstərir. Bəziləri barışmaq, təslim olmaq istəmirlər. Bu səbəbdən bu təhlükəni aradan qaldırmaq və bütövlükdə bölgəmizdə gələcəkdə sülh və sabitliyi təmin etmək üçün mütləq bir monitorinq mərkəzi lazımdır”. Onun sözlərinə görə, “Təəssüf ki, Ermənistandakı bəzi siyasi qüvvələr revanşist düşüncələrlə yaşayır. Azərbaycana qarşı yeni müharibəyə başlayacaqları və Azərbaycan torpaqlarını işğal edəcəkləri gün gələcəyi barədə açıq bəyanatlarla çıxış edirlər”.
Rusiya hərbi departamentinin nümayəndələri də bu mövzuda bir sıra açıqlamalar verdilər. Göründüyü kimi atəşkəsin pozulma risqi hələ də qalır. Baxmayaraq ki, Dağlıq Qarabağda, eləcə də tərəflərin bütün təmas xəttində vəziyyətə nəzarət edən Rusiya sülhməramlılarının postları var. Təsadüfi deyil ki, bəzi mütəxəssislər Rusiya və Türkiyənin ortaq atəşkəs nəzarət mərkəzinin meydana çıxmasında bəzi əlavə “gizli mənalar” axtarmağa başlayıblar. Məsələn, “Habertürk” nəşri “Ankaranın Qarabağla bağlı danışıqlarda iştirak etmədiyini” bildirir və bölgədəki vəziyyəti izləmək üçün ortaq bir mərkəzin yaradılmasını sadəcə “Moskva ilə hərbi-texniki və siyasi əməkdaşlığın davamı” hesab edir.Yəni Suriyada başlayan hərbi-texniki əməkdaşlığın bu daha yüksək formasıdır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da “Rossiya 24” telekanalının efirində vəziyyətə müəyyən bir izah verdi: “Mərkəz Azərbaycan ərazisində qurulacaq. Açıq şəkildə başa düşməliyik ki, söhbət liderlərin açıqlamasında təsvir olunan sülhməramlı səylərdən yox, tamamilə fərqli bir missiyadan, birgə səylərin başqa bir hissəsindən gedir. Bunu ayırmaq lazımdır, onlar fərqli şeylərdir”.
Türk tərəfi Azərbaycandakı hərbi varlığını bir sülhməramlı missiyası kimi təqdim etmək istəyir. Ancaq hüquqi mənada bu, belə deyil. Ankara gələcəkdə yəqin ki, bu məsələyə qayıdacaq. Bununla belə, türk mütəxəssislər “ola bilər ki, münaqişə bölgəsindəki sülhməramlıların statusunu təyin edərkən ATƏT-in Minsk Qrupu formatında yeni sülhməramlılar tələb olunsun və Türkiyə Qafqazdan çıxmaq məcburiyyətində qalsın”. Başqa bir azərbaycanlı mütəxəssisin yazdığı kimi, “Rusiya ordusu əvvəllər heç bir NATO üzvü olan ölkə ilə bu qədər sıx yaşamaq və işləmək məcburiyyətində qalmamışdı”. Əvvəllər Rusiya öz maraqlarını müəyyən şəkildə türk maraqları ilə əlaqələndirirdi. Ancaq Moskva bunu Suriyada və Liviyada etsə də, Qafqazda praktik olaraq belə bir əlaqə yox idi. Ona görə də türklərin Qarabağa gəlişini Rusiya-Türkiyə əməkdaşlığının yeni səhifəsi kimi baxmaq lazımdır.
Avropalı mütəxəssislərdən birinin dediyinə görə, “Qafqazda vəziyyət dəyişəcək və nəqliyyat infrastrukturunun yaradılması başlamazdan əvvəl də gərginlik artmağa başlayacaq. Bu vəziyyətdə ortaq Rusiya-Türkiyə atəşkəsə nəzarət mərkəzi özünü sübut etməli olacaq. Nəzərə alaq ki, indiki vəziyyətdı Moskvanın atdığı hər addımı daha diqqətlə seçməyə məcbur edəcək yeni amillər və yeni geosiyasi reallıqlar ortaya çıxıb. Bütün hallarda ümidlər Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli komissiyasının nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına dair işin başlanmasına bağlıdır. Çünki yalnız bu proses bölgədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına və əməkdaşlıq səviyyəsinin yüksəldilməsinə zəmin yaradacaqdır. Və bir də Bakı ilə İrəvan arasında siyasi etibara.
Stanislav Tarasov, “Reqnum”, 1 fevral 2021.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az