Qarabağdan köçənlərə böyük yardım hazırlanırbackend

Qarabağdan köçənlərə böyük yardım hazırlanır

Qarabağdan köçən ermənilərə humanitar yardım məsələsi Rusiya tərəfinin diqqət mərkəzindədir və yaxın gələcəkdə yerli ictimai təşkilatlardan biri olan Rusiya Humanitar Missiyası vasitəsilə yeni, kifayət qədər böyük humanitar aksiyanın keçirilməsi planlaşdırılır.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Ermənistan tərəfdən isə bu məsələ ilə “Avrasiya” bölməsi və təbii ki, digər strukturlar məşğul olur. Bildiyiniz kimi, Rusiya Humanitar Missiyası əvvəllər Ermənistana humanitar yardım göndərib. 2023-cü ilin oktyabrında Qarabağdan köçənlərə altı ton ərzaq, şəxsi gigiyena vasitələri və s. göndərilib”, – Zaxarova bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*