“Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Qarabağ bölgəsini öz istəkləri ilə tərk edərək Ermənistana köçən erməni sakinlərə qarşı pis rəftarla bağlı heç bir fakt qeydə almayıb”.
KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn çıxışı zamanı bildirib.
“Bilirəm ki, indiyədək heç bir insident, pis rəftar halları ilə bağlı heç bir fakt yoxdur. Bu, uzun yoldur, tıxaclar insanlar üçün çətinlik yaradır. Lakin azərbaycanlılar tərəfindən pis rəftar halları qeydə alınmayıb”, – o deyib.
BMT nümayəndəsinin sözlərinə görə, bir həftədən az müddətdə 88,7 mindən çox insan Qarabağı tərk edərək Ermənistana gedib.Report