“Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olduğunu söyləyən hər kəs cinayətkardır” – Akopyanbackend

"Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olduğunu söyləyən hər kəs cinayətkardır" - Akopyan

“Qarabağın Azərbaycanın bir hissəsi kimi gələcəyinin olduğunu söyləyən hər kəs cinayətkardır”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağ separatçılarının qondarma “deputat”ı Metakse Akopyan oktyabrın 30-da qondarma “parlament”də deyib. O bildirib ki, Azərbaycan daxilində Qarabağın gələcəyi olduğunu söyləyən hər kəs cinayətkardır.

“Biz qəhrəmanlarımızın döyüşdüyü vətənimizin itirilməsi ilə nəticələnən həddə çatdıq.

1919-cu ilin yazında Azərbaycan hərbi əməliyyat keçirərək on minlərlə ermənini öz yurd-yuvasından “qovdu”. Nəticədə biz növbəti dəfə yeni soyqırımı təhlükəsi ilə üz-üzəyik.

Qarabağda və Ermənistanda qeyri-müəyyənlik mühiti hökm sürürdü. Qarabağ 2 sentyabr 1991-ci ildə SSRİ qanunvericiliyi əsasında Dağlıq Qarabağ Respublikasının elan edilməsi haqqında Bəyannamə qəbul etdi və dekabrın 10-da müstəqillik haqqında referendum keçirdi. Bütün bunlar gülləbaran altında, yeni qurbanlar və yaralılar fonunda baş verib”, – deyə Akopyan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

 

  • Garachanta
    Oktyabr 30, 2022 - 20:38

    Şəhidlərimizə Allah Rəhmət eləsin-Bəli, Rus və erməni gavurlar eyni oyunu oynayırlar-rus qoşunları Qarabağda at oynadırlar biz də mal kimi gavurların cındır Putinin Valdayda dediyi sözlərin daha doğrusu kartlarını açmağa çalışırıq- Yazıq Millətim!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*