“Biz 1990-cı illərdə müharibədə qalib gələndə Azərbaycan ruhdan düşmədi, hər şeyin itdiyini, hər şeyin əlindən alındığını demədi. Danışıqları davam etdirdi, müəyyən qədər məsələni həll etdi”.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində müxalifətin vahid namizədi Vazgen Manukyan bildirib.
O xüsusi olaraq vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu gün də qeyd edir ki, Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə məsələsi gündəmdədir.
Onun sözlərinə görə, bu gün erməni tərəfi Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə məsələsini qaldırmalı və təbliğ etməlidir.
“Bu, Ermənistanın nə qədər güclü olacağından, onunla hesablaşacağından və sonrakı – geosiyasi münasibətlərdən asılıdır. Ancaq aydındır ki, hansı hökumət qurulmasından asılı olmayaraq, ilk növbədə Ermənistanın sərhədləri möhkəmləndirilməli və GPS naviqasiyasından istifadə edərək sərhədlər tam müəyyənləşdirilməlidir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az