“Qarabağın süqutu ilə Ermənistan yox olacaq, xalqımız vətənsiz bir qəbiləyə çevriləcək” – İşxanyanbackend

"Qarabağın süqutu ilə Ermənistan yox olacaq, xalqımız vətənsiz bir qəbiləyə çevriləcək" - İşxanyan

“Bu günlərdə Qarabağda bütün Ermənistanın və erməni xalqının taleyi həll olunur”. 

KONKRET.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Avetik İşxanyan öz Facebook səhifəsində yazıb.

“Biz başa düşürük ki, bu günlərdə Qarabağda bütün Ermənistanın və erməni xalqının taleyi həll olunur? Bəli, bizim hamımızın taleyi, istər Qarabağ sakinləri, istər Ermənistan sakinləri, istərsə də diaspor erməniləri Qarabağ xalqının dözümlülüyündən və mətanətindən asılıdır.

Deməyə cəsarət etmirəm… Qarabağın süqutu ilə Ermənistanın süqutu gələcək. Erməni xalqı bütün ölkələr tərəfindən xor baxılan vətənsiz bir qəbiləyə çevriləcək. Diaspor ermənilərinə də nifrət ediləcək və xor baxılacaq.

Deməli, Qarabağın mübarizəsini milli mübarizəyə çevirmək lazımdır. Hər saniyə taleyüklüdür. Bütün fikir ayrılıqlarını bir kənara qoyub, keçmiş incikliklərimizi bir anlığa unutmalı birləşməliyik. Ayağa qalxıb anti-xalq hakimiyyəti qovub erməni dünyasını xilas edə bilmərikmi?

Başa düşün, nəhayət, biz bu gün Qarabağ naminə döyüşürük. Bu, həmin 1918-ci ildir, bizim erməni millətinin və erməni dövlətçiliyinin mövcudluğu məsələsinin həll olunduğu yerdir”, – İşxanyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*