Qaraciyəri belə təmizləmək olar – Orqanizmdən bütün zəhərləri söküb atan qidalarbackend

Qaraciyəri belə təmizləmək olar - Orqanizmdən bütün zəhərləri söküb atan qidalar

Günümüzdə insanların rastlaşdığı sağlıq problemlərindən biri də artıq çəki, qaraciyərin piylənməsidir.

Qaraciyər orqanizm üçün olduqca vacib bir orqandır. Onun piylənməsi orqanizmin tez qocalmasına, ciddi problemlərlə üzləşməsinə səbəb olur.

Ancaq müəyyən qida maddələrinin düzgün istehlakı ilə qaraciyərinizdə regenerasiya prosesini sürətləndirə bilərsiniz.

KONKRET.az həmin qidaların adları və onların faydaları ilə bağlı hazırlanan materialı təqdim edir:

Qaraciyər zədələndikdə özünü bərpa edə bilir. Ancaq düzgün olmayan qida və içki seçimləri qaraciyərin sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir.

Yanlış qidalanma qaraciyər yağlanması kimi problemlərlə yanaşı xroniki xəstəliklərə də gətirərək, ümumi sağlamlığınızı xeyli pisləşdirə bilər. Bu səbəblə qaraciyərinizin yenilənməsinə yardım edən bəzi qidaları müntəzəm olaraq qəbul etməklə daha sağlam bədənə sahib ola bilərsiniz. Həmin qidalar aşağıdakılardır:

Çuğundur

Hər kəsin zövqünə uyğun olmasa da, çuğundur qaraciyər sağlamlığını dəstəkləyən ən vacib qidalardan biridir. Tədqiqatlar göstərir ki, çuğundur suyu sağlamlığı gücləndirən və xəstəliklərin qarşısını alan içkidir, xüsusilə qaraciyər sağlamlığı üçün təsirlidir.

Araşdırmalar  qırmızı çuğundurda olan betalainlər adlanan bəzi antioksidanların antikanserogen və iltihab əleyhinə xüsusiyyətlərə malik olduğunu göstərir.

Brokoli

Brokoli qaraciyərin bütövlüyünü qorumağa kömək edən ən vacib qidalardan biridir.

Brokoli ilə qidalanan siçanların qaraciyər ölçülərinin daha müsbət olduğu və qaraciyər yağlanması və qaraciyər şişlərinin daha az olduğu aşkar edilmişdir.

Brüssel kələmi

Digər tərəvəz, Brüssel kələmi, son illərdə daha məşhur bir seçim halına gəldi.

Bunun ən böyük səbəbi bu qidanın həzmi yaxşılaşdırmaq qabiliyyəti, vitamin və minerallarla zənginliyidir.

Edilən bir araşdırmada siçanlara verilən çiy brüssel kələminin qaraciyər və ağciyərlərdəki toksinləri çıxaran fermentlərin səviyyəsini artırdığı müşahidə edilib.

Yaşıl yarpaqlı tərəvəzlər

Yaşıl yarpaqlı tərəvəzlər qaraciyər sağlamlığı da daxil olmaqla ümumi sağlamlıq üçün ən faydalı qidalardan biridir.

Xüsusilə ispanaq və qara kələm qaraciyərin sağlamlığını yaxşılaşdıran gücə malikdir.

Yaşıl yarpaqlı tərəvəzlərdə orqanizmi təhlükəli sərbəst radikallardan qoruyan antioksidanların olması qaraciyərdə yığılma riski olan toksinlərdən də qorunmanı təmin edir.

Bədəndəki sərbəst radikalların təsirini azaltmaqla yanaşı, ispanaq kimi bəzi yaşıl yarpaqlı tərəvəzlər qaraciyərə daha çox fayda verir.

Aparılan araşdırmalarda çiy ispanaq istehlakının qaraciyər yağlanması riskini azaltdığını göstərdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*