İstənilən işıq mənbəyi, hətta ən zəifi belə, yuxu dövrünə cavabdeh olan “daxili saat”ın işini pozur.
KONKRET.az “Zee News”-a istinadən xəbər verir ki, bunu ABŞ alimləri müəyyən ediblər. Testlərə orta yaşları 72 olan 863 könüllü cəlb edilib. Mütəxəssislər könüllülərin yataq otağının işıqlandırılmasını əvvəldən müşahidə ediblər. Müəyyən edilib ki, 710 nəfər tam qaranlıqda yatıb, digərlərinin isə yataq otağı zəif işıqlandırılıb. Bundan əlavə, könüllülər üzərində yuxu depressiya əlamətlərini aşkar edən sorğular da aparılıb. Məlum olub ki, qaranlıqda yatan insanlardan fərqli olaraq, digərlərində depressiyaya düşmə riski daha çoxdur.
Vəli Həsənoğlu,
KONKRET.az