Qardaş ölkədə 17 min məmur İXTİSAR OLUNURbackend

Qardaş ölkədə 17 min məmur İXTİSAR OLUNUR

Özbəkistanda nazirlik və idarələrdə çalışan işçilərin ümumi sayı 56 573 nəfərdən çox olmamalıdır.

KONKRET.az “Gazeta.uz”a istinadən xəbər verir ki, bu, prezidentin yanvarın 25-də imzaladığı fərmanında nəzərdə tutulub.

Qanuna əsasən, nazirlik və idarələrdə 17 447 inzibati və istehsalat işçisi (ümumi işçilərin 24 faizi) ixtisar olunur. Nazirlik və idarə rəis müavinlərinin sayı 207-dən 144-ə (-30%) endirilir.

Bildirilib ki, buna görə 703 avtomobil geri alınıb və 10 bina boşaldılıb.

Qeyd olunub ki, ştatların ixtisarı hesabına büdcəyə 1,5 trilyon sum (133 milyon dollar), xidməti avtomobillərin sayının azalmasına görə isə 70 milyard sum (6,2 milyon ABŞ dolları) qənaət ediləcək.

Fərmanla 69 bənddən ibarət nazirlik və idarələrin vahid siyahısı təsdiq edilib: 21 nazirlik, 12 komitə (onlardan ikisi müstəqil statusa malikdir), 25 agentlik (üç müstəqil) və 11 təftiş qurumu.

Xatırladaq ki, Özbəkistanda inzibati islahatlar dekabrın sonunda başlayıb. Belə ki, Baş nazirin müavinlərinin sayı səkkizdən dördə endirilib, onlara eyni vaxtda nazir və ya digər rəhbər vəzifə tutmaq qadağan edilib. Nazirlər Kabinetinin aparatı ləğv edilib, prezidentin müşavirləri və onların müavinlərinin sayı artırılıb. Bəzi nazirliklər isə ləğv edilib və ya birləşdirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*