“Qardaş ölkədə küçələrin işıqlandırılması dayandırılacaq” – SƏBƏBLƏRbackend

"Qardaş ölkədə küçələrin işıqlandırılması dayandırılacaq" - SƏBƏBLƏR

Qırğızıstanda şiddətli şaxtalar davam edir. Ona görə də Bişkekdə enerji sisteminə yükü azaltmaq üçün küçələrin işıqlandırılması dayandırılacaq.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, kəskin soyuqlar səbəbindən elektrik enerjisi istehlakı xeyli artıb ki, bu da elektrik şəbəkəsi avadanlıqlarının həddindən artıq yüklənməsinə səbəb olur.

“Böyük qəzaların, enerji avadanlıqlarının sıradan çıxmaması üçün gecə saatlarında küçələrin işıqlandırılması dayandırılacaq. Bu isə yol qəzalarının başvermə risklərini çoxalda bilər. Hökumət pik saatlarda mərhələli şəkildə küçə işıqlarının dayandırılmasını tətbiq etməyi düşünür”, – deyə meriyanın məlumatında bildirilir.

Bulvarlar, parklar, meydanlar və velosiped yolları işıqsız qalacaq. Bundan əlavə, enerji sistemində vəziyyət sabitləşənə qədər gecə saatlarında reklam lövhələrinin işıqları söndürüləcək.

Qeyd edək ki, bundan əvvəl Energetika Nazirliyi Qırğızıstanda elektrik enerjisinin kəsilməsinin tətbiq edildiyini etiraf etmişdi. Onların sözlərinə görə, 1-1,5 saat ərzində elektrik enerjisi kəsilməsə, transformatorlar sıradan çıxa bilər.

Xatırladaq ki, elektrik enerjisi ilə bağlı oxşar problemlər Özbəkistanda da müşahidə olunur. Buna səbəb yanvarın 10-da ölkəyə gələn anomal şaxtalar olub. Gecələr havanın temperaturu mənfi 20 dərəcəyə enib, qazın təzyiqinin aşağı düşməsi və elektrik şəbəkələrində yükün artması səbəbindən qəzalar baş verib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*