Çanaqqalanın Eceabat bölgəsindəki meşə yanğınının nəzarət altına alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı açıqlayıb.
Onun sözlərinə görə, güclü külək səbəbindən bəzi yerlərdə yanğının yenidən aktivləşməsi ehtimalı var idi, lakin nəzarət tədbirləri sayəsində vəziyyət sabitləşdirilib.
“Yanğınla mübarizəyə doqquz təyyarə, altı helikopter, 94 yanğınsöndürən maşın və iş texnikası, 540 heyət cəlb olunub”, – deyə nazir vurğulayıb. (Oxu.az)