Qardaşlarından xeyir görməyən Dima Bilanın bacıları – FOTOLARbackend

Qardaşlarından xeyir görməyən Dima Bilanın bacıları - FOTOLAR

Məşhur rus müğənnisi və Eurovision Mahnı Müsabiqəsinin qalibi Dima Bilanın iki bacısı var: böyüyü – Yelena, ən kiçiyi – Anna. Qızlar 2008-ci ildə adını və soyadını Dima Bilan olaraq dəyişdirən sənətçidən fərqli olaraq Belan soyadını saxlayıblar. Əvvəlcə onun adı Viktor Belan idi.

KONKRET.az “Rambler”ə istinadən məşhur sənətçinin bacıları haqqında məlumatları nəzərinizə çatdırır.

Anna Belan

Müğənninin kiçik bacısı Anna böyük qardaşının izi ilə gedib. Yeniyetmə ikən Dima ilə eyni səhnədə bir neçə dəfə çıxış edib.

Sonra Anna Belan ABŞ-a oxumağa gedib və müvəqqəti olaraq musiqi hazırlamağı dayandırıb.

2019-cu ildə Anna yenidən müğənniliyə qayıdıb. O, Rusiyada müğənni kimi debüt etmək niyyətindədir. Ancaq Dima Bilan bu məsələdə bacısına kömək etməyəcəyini iddia edir:

“Heç bir halda onun işlərinə qarışmıram. Qoy öz səhvlərini düzəltsin və təcrübə qazansın. Hər kəs mənim vaxtımda olduğu kimi öz yollarını qurmağa çalışmalıdır. ”

Yelena Belan

Müğənninin böyük bacısı ilə əlaqəli yeganə bilinən şey 2006-cı ildə vəkil Gennadi Zimin ilə evlənməsi və öz geyim markası BELAN-ı inkişaf etdirməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*