Qaribaşvili Gürcüstan müsəlmanlarını təbrik etdibackend

Qaribaşvili Gürcüstan müsəlmanlarını təbrik etdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ramazan ayının başlaması münasibətilə ölkənin müsəlman vətəndaşlarını təbrik edib.

KONKRET.az xəbər verir ki, hökumət başçısı müsəlmanlara inam, səbir və müqəddəs ayı layiqincə başa vurmağı arzulayıb.

“Mən sizin bizim ümumi vətənimizin ictimai həyatına və onun gələcək inkişafına verdiyiniz böyük töhfəni çox yüksək qiymətləndirirəm. Sizin unikal mədəniyyət və ənənələriniz Gürcüstanın zənginliyidir, onun müxtəlifliyinin ayrılmaz hissəsidir”, – İ.Qaribaşvili deyib.

Baş nazir müsəlman vətəndaşlara və onların ailə üzvlərinə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıb.

Məlumat üçün qeyd edək ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin yaydığı təqvimə görə, Ramazan ayı 14 aprel tarixində başlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*