Qaribaşvili Ukraynaya kömək etmək və generatorlar göndərmək qərarına gəlib.
KONKRET.az xəbər verir ki, Gürcüstan Ukrayna xalqına humanitar yardım göstərmək üçün elektrik generatorları alıb Ukraynaya göndərəcək Bununla bağlı Baş nazir İrakli Qaribaşvili müvafiq qərar qəbul edib.
“Baş nazirin qərarına əsasən, Ukrayna xalqına humanitar yardım göstərmək üçün generatorların alınmasına başlanılacaq. Bu məsələnin qısa zamanda həlli İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinə həvalə edilib”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov bildirib ki, Tbilisi Kiyevin hərbi və ya ikili təyinatlı texnikanın ötürülməsi ilə bağlı yardım xahişlərinə məhəl qoymur. Onun sözlərinə görə, Kiyev Tbilisidən elektrik generatorları istəyib.
Hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, Gürcüstanda belə cihazlar yoxdur.
Xuraman Etibarlı,
KONKRET.az