Qarlı havada 40-dan çox avtobus qəzaya uğradıbackend

Qarlı havada 40-dan çox avtobus qəzaya uğradı

Azərbaycanda qarlı və şaxtalı hava şəraitinin olması səbəbindən Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.

KONKRET.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, məhz avtobus sürücülərinin peşəkarlığı sayəsində bu qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb:

“Yol hərəkəti iştirakçılarının avtobusların maneəsiz şəkildə sərnişin daşımalarını həyata keçirməsinə şərait yaratmasını xahiş edirik”.

Həmçinin bildirilib ki, ötən gün qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşları mənzil başına təhlükəsiz çatdırmaq üçün səylə çalışıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*