Qarlı yolda AĞIR QƏZA: Ölən və yaralanan varbackend

Qarlı yolda AĞIR QƏZA: Ölən və yaralanan var

Astarada qarlı yolda maşın sürüşüb, ata ölüb, oğul yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevin məlumat veib.

Dekabrın 5-də saat 9:30 radələrində Astara rayonunun Motlayataq kənd sakini Zakir Lələyev idarə etdiyi “Niva” markalı avtomobillə Asxanakəran kəndi ərazisində hərəkətdə olarkən qarlı yolda sərt döngədə idarəetməni itirib.

Nəticədə avtomobil 25-30 metr dərəyə doğru aşaraq orada ağaca çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib, oğlu R.Aydınzadə isə xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*