Qarpız adı ilə İrana aparırdılar – Astara gömrüyündə narkotik olduğu üzə çıxdıbackend

Qarpız adı ilə İrana aparırdılar - Astara gömrüyündə narkotik olduğu üzə çıxdı

Xüsusilə külli miqdarda narkotik vasitə bu dəfə “qarpız” yükünün içərisində aşkar edilib.

KONKRET.az bildirir ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.

Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*