Qarpızda ən böyük təhlükə: Bunu etmədən yeməyin!backend

Qarpızda ən böyük təhlükə: Bunu etmədən yeməyin!

Mütəxəssislər yay mövsümünün ən çox istehlak edilən meyvələrindən olan qarpızın gigiyena qaydalarına əməl edilmədən kəsilərək istehlak edildiyi təqdirdə ciddi qida zəhərlənməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.

KONKRET.az Oxu24.com-a istinadən xəbər  verir   ki, Necmettin Erbakan Universiteti Tibb Fakültəsindən Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Ali Demir yayda məşhur və tez-tez istehlak edilən qarpızın düzgün yuyulmadan kəsildiyi təqdirdə sağlamlıq üçün ciddi risklər yarada biləcəyini deyib.

 “Bildiyiniz kimi, qarpız tarladan yığılan və sonra yeyilən meyvədir. Ona görə də tarlada aşkar olunan bütün mikroorqanizmləri daşımış olması mümkündür. Əgər qarpız sahələri çirklənmiş su ilə suvarılırsa, mikroorqanizmlərin müxtəlifliyi və dəyişməsi də bizim üçün fərqli olacaq. Qarpızın xaricində qram-müsbət bakteriya, qram-mənfi bakteriya, tifo və salmonella bakteriyası ola bilər”, deyə mütəxəssis bildirib.

Prof.Dr.Dəmir, qarpızın xarici səthindəki zərərli bakteriyaların, xüsusilə qabığı çatlamış və ya zədələnmişsə, yuyulmadan kəsildiyi halda içəriyə keçə biləcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*