Qeyd edək ki, İran generalı Qasım Süleymani öldürüldükdən sonra onun ermənilərlə iş birliyi haqqında müxtəlif məlumatlar yayılmağa başladı. KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə Xocalı soyqırımının əsas təşkilatçılarından biri olan Monte Melkonyanla Qasım Süleymaninin şəkli əks olunan foto yayılıb.
Bu fakt onun hələ 1990-cı illərdən Azərbaycanla xüsusi maraqlandığı və döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etdiyi versiyasının doğruluğu barədə fikir yaradır.
Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev də bildirib ki, “Onun iki agenti Ağdam-Ağdərə döyüş bölgəsində Daxili Qoşunların kəşfiyyatçıları tərəfindən həbs edilərək MTN-ə təhvil verilmişdi. Bunu da ondan ötrü göz yaşları axıdanların yaddaşı üçün yazdım…”.
Lakin digər versiyalara görə, bu fotomontajdır. Sosial şəbəkələrdə Qasım Süleymani tərəfdarları bu şəkili də yaymaqla bir daha onun böyük şəhidliyə ucaldığını israrla bildirirlər.