Qasparyanın qızı Paşinyana cavab verdibackend

Qasparyanın qızı Paşinyana cavab verdi

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyanın qızı Baş nazir Nikol Paşinyanın atasına qarşı ittihamlarına reaksiya verib.

KONKRET.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, Baş Qərargah rəisinin qızı Hasmik Qasparyan atasını xain adlandıran Baş nazirə cavab verib.

“Bir gün bir fərarilik edən sizin hakiminiz olarsa, təəccüblənməyin. Bir qrup fərarilik edənlərin Vətənin müdafiəçilərindən danışması, onları xain adlandırması gülüncdür”, – deyə Hasmik feysbuk hesabında yazıb.

Qeyd edək ki, İrəvanda keçirilən mitinqdə Paşinyan Baş Qərargah rəisi Qasparyanın vəzifəsindən getməli olduğunu və hökumətin istefası tələbini dəstəkləyən qalan generalların yenidən işə qayıtmalı olduğunu söyləyib. Paşinyan Qasparyanı Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın təzyiqi altında hərəkət etməkdə günahlandırıb. Baş nazir eyni zamanda, Qasparyanın davranışını xəyanət adlandırıb.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı, Ermənistanın Baş naziri Nikol Paşinyanın dövləti təhlükəli bir həddə apardığını söyləyərək, onun istefasını tələb etməsindən sonra ölkədəki siyasi böhran daha da kəskinləşib. Buna cavab olaraq Baş nazir Nikol Paşinyan çevriliş cəhdini elan edib və Qasparyanın vəzifəsindən uzaqlaşdırılmasına dair qərar imzalayıb.

Ancaq prezident Armen Sarkisyan bu sənədi imzalamayıb. Bundan sonra Baş nazir tərəfdarlarını 1 martda Respublika meydanında keçiriləcək mitinqə çağırıb.  modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*