Hindistanda qatar stansiyasında biletləri yoxlayan məmuru elektrik cərəyanı vurub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, elektrik cərəyanından huşunu itirən məmur relslərin üzərinə yıxılıb.
Həmin anlar kameraya düşüb. Hadisə Hindistanın Qərbi Benqal əyalətinin Xaraqpur şəhərindəki dəmiryol vağzalında baş verib.
Əldə edilən məlumata görə, qatar biletlərini yoxlayan məmuru yüksək gərginlik xəttindən qopan kabelin üzərinə düşməsi nəticəsində elektrik cərəyanı vurub.
Ağlasığmaz hadisədən sonra məmur axına düşərək huşunu itirərək relslərin üzərinə yıxılıb. Vağzalda insanlar tərəfindən xilas edilən zabitin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.