Qax rayonu bir neçə saatdır işıqsız qalıbbackend

Qax rayonu bir neçə saatdır işıqsız qalıb

Qax rayonunda elektrik enerjisinin verilişi dayanıb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

Nəticədə dünən axşam saat 19:30 radələrindən etibarən rayon ərazisi işıqsız qalıb. Məlumata görə, buna səbəb rayona verilən elektrik xəttinin Şəki rayonu ərazisində qırılmasıdır. Qeyd edilir ki, həmin xəttdə bərpa işlərinə başlanılıb.

Bir neçə saatdır rayonun elektrik enerjisi ilə təminatını bərpa etmək cəhdləri isə hələ nəticə verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*