Qaxda ağır qəza: ata və oğlu xəsarət aldıbackend

Qaxda ağır qəza: ata və oğlu xəsarət aldı

Qaxda “Vito” aşıb.

KONKRET.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonunun Əmbərçay kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Elşən Eldar oğlu Abdullayev idarə etdiyi “Vito” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarına aşıb.

Hadisə zamanı sürücü Elşən Eldar oğlu Abdullayev və onun atası 1955-ci il təvəllüdlü Eldar Əbülfəz oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, 1955-ci il təvəllüdlü Eldar Abdullayevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*