Qaxda avtomobil kanala aşdı: Xəsarət alanlar var – FOTObackend

Qaxda avtomobil kanala aşdı: Xəsarət alanlar var - FOTO

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qaxdan Şəki istiqamətində hərəkətdə olan “Toyota” və VAZ-21074 markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Toyota” yoldan çıxaraq kanala aşıb. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./report/

Bizimlə əlaqə saxlayın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*