Qaxda yanğın:  tikili içindəki əşyalarla birlikdə yandıbackend

Qaxda yanğın: tikili içindəki əşyalarla birgə yandı

Qax rayonunda yanğın hadisəsi olub.

KONKRET.az Report-a istinadla xəbər verir ki, hadisə Turaclı kəndində Vilayət Həsənova məxsus evə bitişik yardımçı tikilidə baş verib.

Hadisə zamanı ümumi sahəsi 50 kv/m olan tikilinin 30 kv/m-i içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb edilib. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yangın zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*