Qaxın sabiq icra başçısı həbs olundubackend

Qaxın sabiq icra başçısı həbs olundu

Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev həbs edilib.

KONKRET.az xəbər verir ki, M.Şəkiliyev Səbail Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar qəbul edib.

Məhkəmə istintaq orqanının vəsatətini əsaslı hesab edərək təmin edib.

Qərara əsasən, Musa Şəkiliyev barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu gün Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Musa Şəkiliyev vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya xarakterli cinayətlərdə ittiham olunur. DTX-nin apardığı istintaq çərçivəsində onun vəzifədə olduğu dövrdə yol verdiyi qanun pozuntuları araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*