Qayda pozduğuna görə ictimai müzakirələrə səbəb olan 90 AA 013 nömrəli “Maybach” kimindir?backend

Qayda pozduğuna görə ictimai müzakirələrə səbəb olan 90 AA 013 nömrəli "Maybach" kimindir?

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb.
KONKRET.az-ın məlumatına görə, bunlardan biri, yəni 90-AA-013 dövlət nömrə nişanlı  avtomobil sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub.
Bəs qayda pozduğuna görə ictimai müzakirələrə səbəb olan 90 AA 013 nömrəli “Maybach” kimindir?
Bu barədə Facebookda maraqlı yazı paylaşılıb.
Həmin yazını təqdim edirik:
“Bir neçə gündür ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişin avtobuslarının hərəkətinə maneçilik törədən “AA” seriyalı maşın müzakirələrə səbəb olub. Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.
Bu haqda saytlarda da məlumat dərc olunub. Ancaq məsələnin kökünü araşdırmaq lazım idi. Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?
Qısa araşdırma apardım. Bəlli oldu ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.
Onu da qeyd edim ki, Azərbaycanın “Diamed-Co” adlı ilk şpris zavodu da A.Quliyevaya məxsusdur”.
Samir Feyruzov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*