Avropada təbii qazın 1 000 kubmetrinin qiyməti 19,4% artaraq dekabrın 27-dən bəri ilk dəfə 1 100 ABŞ dollarını keçib.
KONKRET.az xəbər verir ki, Londonun “İCE Futures” birjasında keçirilən hərracda TTF onlayn qaz satışı mərkəzinin fevral fyüçersləri 1 102 dollara çatıb.