Qazaxıstan 410 milyon dollar itirdi – SƏBƏBbackend

Qazaxıstan 410 milyon dollar itirdi - SƏBƏB

Ötən il ümumilikdə 23 ölkə internet kəsilməsinə məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Atameken Business” Top10VPN analitiklərinin araşdırmasına istinadən məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan internet kəsilməsi səbəbindən 410 milyon dollar itirib.

“Qazaxıstan 2022-ci ildə 410,3 milyon dollar itirərək internet kəsilməsindən dəyən ziyana görə dünyada ilk üçlüyə daxil olub“, – məlumatda deyilir.

Qeyd olunub ki, bu reytinqdə ikinci yeri 773 milyon dollarla İran tutur. İnternet kəsilməsindən ən çox zərər çəkən ölkə 21,59 milyard dollarla Rusiya olub.

Maraqlı fakt odur ki, Orta Asiyada irimiqyaslı internet kəsintilərinin müşahidə olunmadığı yeganə ölkə Qırğızıstan olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*