Qazaxıstan əhalisi 20 milyona çatdıbackend

Qazaxıstan əhalisi 20 milyona çatdı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev həmvətənlərini təbrik edib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, 2023-cü il noyabrın 16-da prezident 20 milyonuncu qazaxıstanlının doğulduğunu açıqlayıb.

O qeyd edib ki, Qazaxıstan əhalisi 20 milyona çatıb!

“Mən həmvətənlərimi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm! Xoşbəxt ailə millətin rifahının, ölkənin davamlı tərəqqisinin əsasıdır. Dövlət bundan sonra da ailə dəyərlərinin möhkəmləndirilməsi, analıq və uşağın qorunması istiqamətində fəaliyyətini davam etdirəcək”, – deyə Kasım-Jomart Tokayev X-dəki səhifəsində yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*