Qazaxıstan əhalisinin milli tərkibi: Azərbaycanlılar neçə faizdi?backend

Qazaxıstan əhalisinin milli tərkibi: Azərbaycanlılar neçə faizdi?

Qazaxıstan Xalqlarının Birlik Günü ərəfəsində Milli Statistika Bürosu ölkədəki etnik qruplar haqqında məlumat paylaşıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, sonuncu siyahıya alınma zamanı Qazaxıstanın əhalisi 19 808 430 nəfərdir.

Belə ki, son rəsmi statistikaya görə, əhalinin 70,6 faizi qazaxlar, 15,1 faizi ruslar, 3,2 faizi özbəklər, 1,9 faizi ukraynalılar, 1,5 faizi uyğurlar, 1,1 faizi almanlar, 1,1 faizi tatarlar, 0,7 faizi azərbaycanlılar, 0,6 faizi koreyalılar və digər millətlər təşkil edir.

Məlumata görə, qazaxların çoxu Türküstan bölgəsində (1,5 milyon), rusların əksəriyyəti isə Almatıda (428 min nəfər) yaşayır.

Türküstan vilayətində özbəklər (378 min), Kostanay vilayətində ukraynalılar (86 min) Almatı vilayətində isə uyğurlar (120 min nəfər) çoxluq təşkil edir.

“Ölkəmizdə hələ də qaqauzlar, ləzgilər, kumıklar, avarlar kimi etnik qrupların nümayəndələri var. Ümumilikdə Qazaxıstanda 124 millətin nümayəndəsi yaşayır”, – məlumatda deyilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*