Qazaxıstanda müddətli hərbi xidmətin ləğvi təklif edilib.
KONKRET.az xəbər verir ki, belə bir petisiya epetiton.kz saytında yer alıb. Müəlliflər orduda son vaxtlar baş verən səs-küylü intihar hadisələrini əsas gətirərək əsas arqumentlər kimi “dedovşina”nı göstərirlər.
Ölkənin Müdafiə Nazirliyinə ünvanlanan petisiya oktyabrın 4-dək saytda olacaq. Dövlət qurumları tərəfindən baxılması üçün səsvermədə ən azı 50 min insan iştirak etməlidir.
Natiq Səlim,
KONKRET.az