Qazaxıstan pedofillərə qarşı yeni qaydabackend

Qazaxıstan pedofillərə qarşı yeni qayda 

Qazaxıstanda 17 oktyabrdan pedofiliya maddəsi ilə məhkum edilmiş şəxslərə qarşı kimyəvi kastrasiya qaydaları qüvvəyə minəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Orda.kz” xəbər verib.

Müvafiq tədbir məhkəmə qərarı ilə həyata keçiriləcək. Həbs müddətinin bitməsinə azı 12 ay qalmış cəzaçəkmə müəssisəsinin əməkdaşları materialları məhkəməyə təqdim etməlidirlər, bundan sonra məhkum məhkəmə-psixiatriya ekspertizasından keçəcək.

Ekspertizanın nəticələrinə əsasən, məhkumda cinsi zorakılığa meyil aşkar edilərsə, kimyəvi kastrasiya tətbiq ediləcək.

Qeyd olunur ki, prosedur birbaşa həbsxanalarda aparılacaq. Rəsmilər hesab edir ki, bu tədbir pedofiliya hallarının təkrarlanmasının qarşısını almaqda daha təsirli olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*