Qazaxıstan Prezidenti etirazçılarla bağlı şok detalları AÇIQLADIbackend

Qazaxıstan Prezidenti etirazçılarla bağlı şok detalları AÇIQLADI

Bu dəqiqələrdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans formatında iclası keçirilir.

KONKRET.az-ın Sputnik Qazaxıstan-a istinadən məlumatına görə, iclasda çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, yanvarın 2-dən başlayan etirazlar zamanla kritik səviyyəyə yüksəlib.

“Almatı və doqquz regionun mərkəzi etirazçıların əlində olub”, – deyə ölkəsində baş verən hadisələri şərh edən Qazaxıstan prezidenti qeyd edib.

O, hazırda ölkəsində baş verənləri Qazaxıstanın müstəqillik tarixində ən genişmiqyaslı, ən ağır böhran adlandırıb.

“Bu ilin əvvəlindən bəri bütün hadisələr bir zəncirin halqalarıdır, onlar hazırlanması uzun müddət davam edən vahid dağıdıcı plana tabedirlər. Bütün fəaliyyətlər eyni mərkəzdən idarə olunub. Binalara sinxron hücumlar bundan xəbər verir”, – deyə Tokayev bildirib.

Qazaxıstan prezidenti ölkədə baş verənlərin dövlət çevrilişinə cəhd olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*