Qazaxıstan “Roskosmos”un əmlakına həbs qoydubackend

Qazaxıstan “Roskosmos”un əmlakına həbs qoydu

Qazaxıstanda kosmodromların əsas operatoru olan Rusiya Federal Kosmik Agentliyinə (“Roskosmos”) məxsus Yerüstü Kosmik İnfrastrukturların İstismar Mərkəzinin əmlakına həbs qoyulub.

KONKRET.az xəbər verir ki, bu barədə “KZ24” bildirib.

Həbsin qoyulmasına səbəb kimi “Roskosmos”un yerli “Bayterek” müəssisəsi qarşısında 13.5 milyard tenge (2 milyard rubl) borcunun yaranması göstərilib.

“Soyuz-5” raketinin ətraf mühitə təsirinin qiymətləndirilməsi istiqamətində aparılan işlər nəticəsində borc yaranıb. Bu səbəbdən də Mərkəz tərəfindən ölkədən aktivləri çıxarmağa, onun rəhbərinə isə istintaq hərəkətləri başa çatana qədər respublikanı tərk etmək qadağası qoyulub.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*