Qazaxıstan rus diplomata CAVAB VERDİ: “Çöllərimiz əsgərlərinizin meyitləri ilə DOLACAQ” – VİDEObackend

Qazaxıstan rus diplomata CAVAB VERDİ: “Çöllərimiz əsgərlərinizin meyitləri ilə DOLACAQ" - VİDEO

“Çöllərimizə sizin əsgərlərin meyitləri səpələnəcək”.

KONKRET.az xəbər verir ki, Rusiya səfiri Aleksey Borodavkin Sputnik agentliyinə müsahibəsində ölkədəki “rusofob radikal millətçiliyə” qəzəblənib və xahiş edilərsə, Rusiya Federasiyasının Qazaxıstana “kömək edəcəyini” deyib.

Onun bu sözlərinə Qazaxıstandan qəzəbli reaksiya gəlib.

Qazaxıstan parlamentinin spikeri Yerlan Koşanov Borodavkinin açıqlamalarından sonra onun peşəkar keyfiyyətlərinə şübhə edib.

“Mən cənab Borodavkinin müsahibəsini diqqətlə oxudum. Müsahibənin bəzi məqamları həqiqətən də onun statusuna uyğun gəlmir və xeyrinə deyil. Cənab Borodavkin çox təcrübəli diplomat olsa da, biz onu çoxdan tanıyırıq. O, özünü təbliğatçılara və politoloqlara bənzətməsin”, – spiker deyib.

Qazaxıstan ictimaiyyəti vəd edilən “köməyə” daha kəskin reaksiya verib. Belə ki, ictimai xadim Arman Şurayev yad millət arasında “faşist” axtaran Borodavkini güzgüyə baxmağa çağırıb.

“Rus dilini mükəmməl bilməm mənə imkan verəcək ki, faşist FTX-çi Sputnik-ə müsahibəsinə cavab verim. Qazaxıstanda “millətçi nasistlər” yaşayır və lazım gələrsə, “biz bir tədbir görəcəyik” deyən bu axmağı susdurum. Qulaq asın, sizin də, dostunuz Putinin də “tel”ləri qırılıb, Doqquzuncu aydır ki, siz cəsur ukraynalılardan ulduzlar alırsınız. Və deyə bilərəm: Allah eləməsin ki, biz tərəfə gəlməyə qərar verəsiniz, sizin qələbəniz asan olmayacaq. Bütün Qazax çölü sizin əsgərlərin cəsədləri ilə dolacaq”, – deyə Şurayev xəbərdarlıq edib.

Şurayev vurğulayıb ki, ilk növbədə Rusiya öz hərəkətləri ilə rusofobiya yayır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*