Qazaxıstanda bayram günlərinin siyahısına dəyişiklik ediləcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Tengrinews.kz” məlumat yayıb.
Bildirilib ki, bayram günləri siyahısına iki yeni tarixin əlavə edilməsi təklif olunur:
– Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Orqanları Günü – 28 yanvar;
– Sovet qoşunlarının məhdud kontingentinin Əfqanıstan Demokratik Respublikasından çıxarılması günü – 15 fevral.
Qeyd olunub ki, qanun 28 dekabr 2022-ci il tarixinədək müzakirə olunacaq.
İqbal Rzayev,
KONKRET.az