Qazaxıstan Yakutiyaya türk xalqları ilə bağlı layihə yaratmağı TƏKLİF ETDİbackend

Qazaxıstan Yakutiyaya türk xalqları ilə bağlı layihə yaratmağı TƏKLİF ETDİ

Qazaxıstan Yakutiyaya türk xalqlarının formalaşması ilə bağlı layihə yaratmağı təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin informasiya resursunun saytında məlumat verilib. Məlumata görə, o, bu təklifi Saxa (Yakutiya) Respublikasının rəhbəri Aysen Nikolayevlə görüşündə bildirib.

Qazaxıstanın Baş naziri Alixan Smailov türk xalqlarının formalaşması ilə bağlı layihənin yaradılmasını təklif edib.

“Türk xalqlarının mənşəyi və formalaşmasının haqqında ortaq tarixi layihə yaratmaq olar. Belə bir layihənin həyata keçirilməsi cəmiyyətin diqqətini Avrasiyanın köçəri xalqlarının mədəniyyətinin, dilinin inkişafı və irsinin qorunub saxlanması məsələlərinə yönəldəcək”, – deyə Smailov bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*