
2023-cü ilin yanvar-mart aylarında 2014-cü ildən bəri ilk dəfə Qazaxıstana gələn miqrantların sayı gedən vətəndaşların sayından çox olub.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə Qazaxıstan Milli Statistika Bürosu məlumat yayıb.
Məlumata görə, ümumilikdə birinci rübdə Qazaxıstana 7700 əcnəbi vətəndaş gəlib.
Ölkəyə 1400 texniki mütəxəssis gəlib ki, bu da bir il əvvəlkindən dörd dəfə, respublikanı tərk edən həmkarlarının sayından isə üç dəfə çoxdur.
Əgər 2022-ci ilin ilk üç ayında Qazaxıstana 810 rusiyalı gəlibsə, cari ilin eyni dövründə bu rəqəm artıq 3900-ə çatıb. Həmçinin Özbəkistandan (1900) və Türkmənistandan (362) miqrantlar fəal şəkildə gəlirlər.
Öz növbəsində Rusiyaya bir il əvvəlki 4100 nəfərə qarşı cəmi 1700 nəfər gedib. Qazaxıstanlılar da Almaniyaya (501), Polşaya (128), ABŞ-a (64) gedirlər.
Beləliklə, Qazaxıstan üçün uzun illər ərzində ilk dəfə olaraq miqrasiya balansı müsbət zolağa düşüb. Sonuncu dəfə belə pozitiv rəqəmlər 2014-cü ilin birinci rübündə (plus 789 nəfər) qeyd edilib.
Qeyd olunur ki, ölkədə təhsili yarımçıq qoyanların sayında azalma artıq dördüncü ildir ki, müşahidə olunur.
Yeri gəlmişkən, ötən il sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Mərkəzi Asiya ölkələrinə daimi yaşayış üçün köçənlərin sayında artım müşahidə olunub.
KONKRET.az