Qazaxıstanda azərbaycanlı iş adamı dünyasını dəyişdi – O, tanınmış jurnalist Mübariz Əsgərovun qardaşı oğlu idibackend

Qazaxıstanda azərbaycanlı iş adamı dünyasını dəyişdi - O, tanınmış jurnalist Mübariz Əsgərovun qardaşı oğlu idi

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanda azərbaycanlı iş adamı dünyasını dəyişib. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Elçin Əsgərov uzun illərdir Qazaxıstanın Nur-Sultan şəhərində yaşayıb. Onun ürək tutmasından vəfat etdiyi deyilir. Mərhumun cənazəsi artıq Vətənə gətirilib.

Qeyd edək ki, Elçin Əsgərov tanınmış jurnalist, “Qulp” verilişinin aparıcısı kimi daha çox sevilən Mübariz Əsgərovun qardaşı oğludur.

Qazaxıstanda yaşayan dostları, yaxınları Elçin Əsgərovun vəfatı ilə əlaqədar ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan səbir diləyir.

Allah Rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*