Qazaxıstanda bir ailə komendant saatına görə GÜLLƏLƏNDİbackend

Qazaxıstanda bir ailə komendant saatına görə GÜLLƏLƏNDİ

Qazaxıstanın Almatı vilayətinin Taldı-Kurqan şəhərində üç nəfərdən ibarət ailə komendant saatına görə güllələnib.

KONKRET.az ölkənin “Ekspress K” nəşrinə istinadən xəbər verir ki, insident yanvarın 8-i baş verib.

Belə ki, ailə ölkə vaxtı ilə 20:30-da öz avtomobilləri ilə evə qayıdırmış. Bu zaman maşın atəşə tutulub, nəticədə ailə başçısı Nurbolat Seytkulov, həyat yoldaşı Altınay Etaeva və 15 yaşlı qızları Nuray həlak olub.

Ailənin qohumlarının verdiyi məlumata görə, onlar komendant saatının 20:00-dan başladığını bilməyə bilərdilər. Maşının şüşələri salonu aydın şəkildə görməyə imkan verib və hərbçilər avtomobildə uşağın olduğunu görməli idilər. Bununla belə, heç kəs insidentin məhz necə baş verdiyini bilmir.

“Deyirlər ki, onlara hərbçilər atəş açıb. Çünki onlar patrul xidməti həyata keçirirlər. Lakin dəqiq bilmirik. Maşın hərbi hissəyə aparılıb”, – deyə qohumlardan biri qeyd edib.

Nurbolat Seytkulov və həyat yoldaşının 51 yaşı olub. Ailə başçısı zavodda işləyirmiş, həyat yoldaşı evdar qadın olub. Nuray isə məktəbli olub.

Hazırda hadisə ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, Qazaxıstanda kütləvi iğtişaşlar fonunda yanvarın 5-dən 19-na qədər fövqəladə vəziyyət rejimi tətbiq olunur.

Fövqəladə vəziyyət rejimi çərçivəsində 20:00-dan 07:00-a qədər komendant saatının da tətbiq olunacağı bildirilmişdi. Daha sonradan Almatı şəhərində komendant saatının vaxtı dəyişdirilərək 23:00-dan 07:00-a qədər edilib./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*