Qazaxıstanda donma təhlükəsi ilə üzləşmiş idmançılarımızla bağlı – AÇIQLAMAbackend

Qazaxıstanda donma təhlükəsi ilə üzləşmiş idmançılarımızla bağlı - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Atırau-Astraxan trassında, İsatay kəndi yaxınlığında azərbaycanlı yeniyetmə cüdoçuları daşıyan “Mercedes-Benz Sprinter” markalı mikroavtobusda nasazlıq yaranıb.

KONKRET.AZ xəbər verir ki, hadisə dekabrın 6-sı gecə baş verib.

Qazaxıstan mətbuatında yayılan xəbərə görə, mikroavtobusda 16 uşaq və üç böyük (məşqçi, həkim, sürücü) olub. Murad Səfiyevin idarə etdiyi nəqliyyat vasitəsində nasazlığın yaranması nəticəsində idmançılar donma təhlükəsi ilə üzləşib. Lakin Qazaxıstan polisinin vaxtında müdaxiləsi ilə idmançılar donmaqdan qurtulub.

Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu Oxu.Az-a açıqlamasında həmin komandanın federasiyanın xətti ilə Qazaxıstana getmədiyini bildirib:

“Azərbaycan Cüdo Federasiyası tərəfindən Qazaxıstanın Atırau şəhərində keçirilən yarışa heç bir komanda, cüdoçu və məşqçi göndərilməyib. Ola bilər ki, hansısa klub və ya zalda çalışan məşqçi ora komanda aparsın. Amma bəyan edirik ki, bunun Azərbaycan Cüdo Federasiyasına heç bir aidiyyatı yoxdur. Belə məşqçi-müəllimlərə, klublara da tövsiyəmiz odur ki, ölkə xaricində keçirilən yarışlara getdikdə öncədən bizi məlumatlandırsınlar ki, bu cür fors-major hadisələr baş verdikdə federasiya olaraq biz də köməkliyimizi edə bilək”.

Yeri gəlmişkən, məsələ ilə bağlı Astanadakı Azərbaycan səfirliyi də haqqın.az-a açıqlama verib. Onların sözlərinə görə, Qazaxıstan mətbuatında adı çəkilən idmançılar cüdoçu olmayıblar. Onlar Dərbənd azərbaycanlıları imişlər:

“2006-2008-ci il təvəllüdlü azərbaycanlı idmançıların Qazaxıstanın Atırau şəhərində beynəlxalq turnirdə iştirak etməsi haqda xəbər həqiqəti əks etdirmir. Beynəlxalq yarışda iştirak edən və yolda çətin vəziyyətlə üzləşən komanda rusiyalı sərbəst güləşçilərdir. İlkin informasiyaya görə, onlar Dağıstan Respublikasının Dərbənd şəhərinin sakinləridir”.

Qeyd edək ki, Bakıdan gəlmiş həmin komanda dekabrın 10-dək Atırauda keçirilən beynəlxalq yarışda çıxış etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*