Qazaxıstanda genişmiqyaslı ƏMƏLİYYAT – 70 nəfər SAXLANILDIbackend

Qazaxıstanda genişmiqyaslı ƏMƏLİYYAT - 70 nəfər SAXLANILDI

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi əməliyyat zamanı ölkənin bir sıra regionlarında mütəşəkkil cinayətkar qrupların 72 üzvünü həbs ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 5-də Milli Təhlükəsizlik Komitəsi polislə birlikdə və Baş Prokurorluğla koordinasiyalı şəkildə Jetısu, Cambıl və Türküstan vilayətlərində xüsusi əməliyyat keçirib. Nəticədə qanunsuz silah və narkotik vasitələri saxlamaq, hədə-qorxu ilə tələb etmək, qanunsuz miqrasiya kanalları təşkil etmək və digər ağır cinayətlər törətməkdə şübhəli bilinən 72 qrup üzvü istintaqa cəlb edilib”, – məlumatda deyilir.

Məlumata görə, qruplar fəaliyyətlərini Çin və Qırğızıstanla sərhəd rayonlarda həyata keçirib.

“Axtarışlar zamanı odlu silah və döyüş sursatı, külli miqdarda pul, narkotik vasitə və digər maddi sübutlar götürülüb. İstintaq tədbirləri davam etdirilir”, – deyə məlumatda qeyd edilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*