Qazaxıstanda iğtişaşlar zamanı 225 nəfər ölübbackend

Qazaxıstanda iğtişaşlar zamanı 225 nəfər ölüb

Qazaxıstanda iğtişaşlarda 225 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə respublikanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda, həmçinin 4,5 mindən çox insanın yaralandığı deyilir. Ölənlər arasında 19 polis və hərbçi var.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*